Sahibkarın müraciəti müsbət həll olunub


Digərləri 02 Avq 2019 11:55:36 208 0

Sahibkarın müraciəti müsbət həll olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarın bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı müraciəti öz müsbət həllini tapıb.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarın bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı müraciəti öz müsbət həllini tapıb. KOBİA-dan Trend-ə verilən məlumata görə, “Kercom” MMC-nin müraciəti əsasında şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyi ilə həll edilib və artıq şirkətin məhsulları ticarət şəbəkəsində satışdadır. “Bal məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı çətinliklərimiz vardı. KOBİA-nın müraciətimizə operativ yanaşması nəticəsində məsələ öz müsbət həllini tapdı. Artıq məhsullarımız ticarət şəbəkəsində satışdadır. Bundan sonra da Agentliklə yaxından əməkdaşlıq edəcəyik” - deyə, “Kercom” MMC-nin icraçı direktoru Cavid Kərimov bildirib.