Mədət Quliyev tanınmış jurnalistə yüksək vəzifə verdi


Digərləri 02 Avq 2019 11:32:00 206 0

Mədət Quliyev tanınmış jurnalistə yüksək vəzifə verdi

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.

Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb.

O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub.