Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb


Digərləri 02 Avq 2019 09:36:09 179 0

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə Səudiyyə Ərəbistanına yola düşüb.

Bakı. Elçin Mehdiyev – Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd olunub ki, ilk qrupa 180 zəvvar daxildir. Digər 180 zəvvardan ibarət qrup isə bu gün günorta saatlarında yola düşəcək. Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.