Kaliforniyada qəzaya uğramış F/A18 qırıcısının pilotu həlak olub


Dünya 02 Avq 2019 08:52:00 201 0

Kaliforniyada qəzaya uğramış F/A18 qırıcısının pilotu həlak olub

ABŞ-ın Kaliforniya ştatında F/A-18 qırıcı qəyyarəsi qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Dəniz Aviasiyasının komandanlığının "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Məlumata əsasən, qəza təlim uçuşu zamanı baş verib.