Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub: 5 ölü, 14 yaralı


Digərləri 02 Avq 2019 08:44:00 186 0

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub: 5 ölü, 14 yaralı

Rusiya Federasiyasının Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını toqquşub

Bakı. Rusiya Federasiyasının Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını toqquşub. Trend-in "TASS"a istinadən evrdiyi məlumata görə, Həştərxan-Elista-Stavropol avtomobil yolunun 420-ci kilometrində baş verən qəza nəticəsində 5 nəfər həlak olub, 14 nəfər xəsarət alıb. Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Xəsarət alanların sərnişinlər olduğu qeyd edilir. Onlar rayonun mərkəzi xəstəxanasına çatdırılıblar.