Brüs Linin qızı Kventin Tarantinodan şikayət edib


Digərləri 02 Avq 2019 00:45:00 271 0

Brüs Linin qızı Kventin Tarantinodan şikayət edib

Hollivud aktyoru Brüs Linin qızı, aktrisa Şenon Li rejissor Kventin Tarantinonun "Bir dəfə Hollivudda" adlı yeni filmində onun atasını necə təsvir etməsindən narazı qalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Independent" nəşri yazıb.

O, Brüs Li rolunu oynayan aktyor Mayk Monun istedadını qeyd edib. Lakin rejissorun Brüs Lini karikatura personajına çevirmək qərarı onun xoşuna gəlməyib.

Şenon Linin sözlərinə görə, insanlar filmdə onun atasını lağa qoyduqları üçün özünü narahat edib.