Azərbaycan nefti bahalaşıb


Digərləri 01 Avq 2019 23:00:00 251 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 67,41 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 67,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.