İnsan namazını qılsa, sonra qiblə istiqamətinin səhv olduğunu anlasa...


Digərləri 01 Avq 2019 21:45:00 229 0

İnsan namazını qılsa, sonra qiblə istiqamətinin səhv olduğunu anlasa...

İnsan yad yerdə başqasının sözü ilə namazını qılmış, sonra qiblə istiqamətinin səhv olduğunu anlamışdır. Bu halda namazı qəbul olubmu?

Son.az islam.az-a istinadən bildirir ki, qiblənin istiqamətində səhv etmək iki cür olur: qiblə istiqamətindən 90 dərəcədən az yanlışlıq və 90 dərəcədən artıq yanlışlıq. Əgər yanlışlıq 90 dərəcədən artıq olmuşsa, namazı qılıb qurtardıqdan sonra səhvini anlasa, namaz vaxtı bitməmişsə, namazı yenidən qılmalıdır. Əgər namaz vaxtı artıq bitmişsə, o zaman qəza etməsi lazımdır ki, qiblənin istiqaməti barədə əvvəldə şəkkə düşmüş olsun. Əgər əvvəldə şəkkə düşməmişsə, ona deyilən istiqamətin qiblə olduğuna yəqinliyi vardısa, bu halda namazı qəza etmək vacib deyil.

Əgər yanlışlıq 90 dərəcədən azdırsa, qibləni öyrənmək barədə səhlənkarlıq etmişsə, namazı yenidən qılmalı, vaxtı bitmişsə, qəza etməlidir. Əgər səhlənkarlığa yol verməmişsə, qıldığı namaz kifayətdir.