Windows Phone niyə uğur qazana bilmədi?


Digərləri 01 Avq 2019 21:15:00 332 0

Windows Phone niyə uğur qazana bilmədi?

Windows əməliyyat sisteminin mobil versiyası istifadəçilər arasında məşhurluq qazana bilmədi. Microsoft şirkətinin bu iddialı layihəsi Google ilə Apple şirkətlərinin daha uğurlu məhsullarından geridə qaldı. Microsoft şirkətinin mobil bazardakı uğursuzluğunun səbəblərini Nokia-nın keçmiş mühəndisi açıqlayıb.

Son.az technote.az-a istinadən bildirir ki, o həmçinin ləğv edilmiş mobil Windows üçün tətbiqlərin hazırlanmasında da məşğul olurdu. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə həmin mühəndis öz Reddit hesabında Windows Phone-nun uğursuzluğunu və nəticədə onun bazardan yox olmasını bir sıra faktorlar ilə əlaqələndirdi:

- Microsoft şirkəti Google Android-i ciddiyə almamışdı. Halbuki Android-in əsas cəlbedici tərəfi onun çoxlu sayda servislərə sahib olmasındadır: YouTube, Gmail, Google Maps və s. Microsoft şirkəti həmçinin heç gözləmirdi ki, Android əməliyyat sistemi bu cür templə yayılacaq.

- Uğursuz olmuş Windows 8 əməliyyat sistemi həmçinin mobil versiyanı da uğursuz etdi. Kompüterlər üçün yeni əməliyyat sisteminin ortaya çıxmasına bazarın neqativ reaksiyası həmçinin Windows-un nüfuzuna ümumilikdə təsir etdi. Baxmayaraq ki, mobil versiyanın hazırlanması ilə tamamilə başqa komanda məşğul olurdu.

- Mobil versiyanın istifadəyə verilməsi zamanı Microsoft-un nüfuzu heç də yaxşı vəziyyətdə deyildi. Şirkət alıcılara vermiş olduğu sözləri tutmadı və nəticədə söz verilmiş funksiyaların çoxu Android ilə iOS tərəfindən tətbiq olundu.