Vəhşicəsinə öldürülən qadın qatilinin VİDEOsunu çəkib


Dünya 01 Avq 2019 17:54:01 238 0

Vəhşicəsinə öldürülən qadın qatilinin VİDEOsunu çəkib

Türkiyənin Kayseri şəhərində Gülay adlı gənc qadının ayrılmaq istədiyi sevgilisi tərəfindən küçənin ortasında tapança ilə vurularaq öldürüldüyü barədə məlumat vermişik.

Ayrılmaq istəyən Gülayı 4 aydır tanış olduğu sevgilisi küçədə öldürdü - FOTO

Son.az Haberler-ə istinadən xəbər verir ki, 4 dəfə atəş açılaraq öldürülən 27 yaşlı qadının qatilinin videosunu çəkdiyi və bir daha ona yaxınlaşmayacağı barədə söz aldığı ortaya çıxıb.   Gülay Şimşəyin 13 gün öncə ona yaxınlaşmayacağı şərti ilə polis bölməsinə yazdığı şikayət ərizəsini geri aldığını və qatil sevgilisi Ö.O. ilə aralarında yaşananları dəlil olaraq telefonunun kamerası ilə çəkdiyi ortaya çıxıb. 

Qeyd edək ki, Gülay 4 aydır sevgili olan işsiz Özkan Onaydan ayrılmaq istəyib. Onay ayrılma təklifini qəbul etməyərək qızı gözdən qoymayıb. Onay işdən çıxışını gözlədiyi Şimşək ilə ayrılmaq mövzusunda yenidən mübahisə edib. Gülayın ayrılmaqda israrlı olduğunu görən Onay çıxış yolunu qızı öldürməkdə görüb. Belindən çıxardığı tapança ilə Gülaya 3 dəfə atəş açıb. Qız ətrafdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qatil hadisə yerindən qaçıb. Axtarışı davam etdirilir.

Bu da Gülayın ona bir daha yaxınlaşmayacağı barədə qatil sevgilisi Özkan Onaydan (36) söz aldığı həmin kadrlar:


Xəbərə aid fotolar