Ərindən boşanıb 39 milyard dollar qazanmışdı


Digərləri 01 Avq 2019 16:26:00 208 0

Ərindən boşanıb 39 milyard dollar qazanmışdı

"Amazon" şirkətinin sahibi Ceff Bezosdan boşanaraq 39 milyard dollar sərvətə yiyələnən Makkenzi Bezos Türkiyədə dincəlir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Makkenzi Bodrumda eks-ərinə məxsus "Flying Fox" lüks yaxtasında ailə üzvləri və dostları ilə birlikdə görüntülənib.

Xatırladaq ki, 25 il evli qalan cütlük bu il iyulun 5-də rəsmən boşanıb. Sənədə əsasən, Makkenzi Bezos "Amazon"da 19,7 milyard dollar (4 fazi) dəyərində səhmin sahibi olub. Bu səhmin bazar dəyəri 39 milyard dollar təşkil edir. Bununla da o, "Bloomberg"in milyarderlər siyahısında 22-ci yerdə qərarlaşıb.


Xəbərə aid fotolar