Dilçilik İnstitutu: "Mətbuatda söz, termin yaradıcılığı meyli artıb"


Digərləri 01 Avq 2019 15:26:00 255 0

Dilçilik İnstitutu: "Mətbuatda söz, termin yaradıcılığı meyli artıb"

Əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda söz, termin yaradıcılığı meyli və təşəbbüsü daha da artıb ki, bu da dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, müstəqillik illərində dil siyasətinin ana xəttini təşkil edən məsələlərdən biri mətbuatda ana dili problemlərinin işıqlandırılmasıdır:

"Azərbaycan dilinin keşiyində ilk növbədə Kütləvi İnformasiya Vasitələri dayanır. Ana dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparan müstəqil mətbuat orqanları onun yazı və tələffüz mədəniyyətini inkişaf etdirir. Mətbuatda işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini əks etdirir. Çünki mətbuat cəmiyyətdə baş verən bütün yenilikləri işıqlandırmağa çalışır. Mətbuatın dilində işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini əks etdirir".

T.Şükürlü qeyd edib ki, Azərbaycan elmi-mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha da zənginləşir, müasir analitik düşüncənin dilinə çevrilir.