Rusiyada sürücü yolda mübahisə etdiyi şəxsi güllələdi


Dünya 01 Avq 2019 14:58:00 250 0

Rusiyada sürücü yolda mübahisə etdiyi şəxsi güllələdi

Rusiyanın Moskva şəhərində sürücü yolda mübahisə etdiyi şəxsi güllələyib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Leninqrad prospektində qeydə alınıb. Bu barədə DİN Moskva üzrə mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yolda iki sürücü arasında mübahisə baş verib və mübahisə bir müddətdən sonra davaya çevrilib. Dava əsnasında sürücülərdən biri öz opponentinə travmatik silahdan atəş açıb.

Hadisədən sonra silahdan atəş açan sürücü qaçıb. Xəsarət alan digər sürücü isə xəstəxanaya yerləşdirilib.