"17 yaşlı qızın intiharında başqa səbəblər də ola bilər"


Digərləri 01 Avq 2019 14:25:00 208 0

"17 yaşlı qızın intiharında başqa səbəblər də ola bilər"

Zaqatala rayonunda nişanından bir gün əvvəl özünü asan 17 yaşlı qızın intihar hadisəsində digər səbəblər də ola bilər.

Son.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması komitəsinin üzvü Elgün Səfərov açıqlayıb.

Elgün Səfərov bildirib ki, hazırda hadisəylə əlaqədar rəsmi qurumlar araşdırma aparır:

"Biz prokurorluq və məhkəmənin ilkin rəyi olmadan bu hadisədə qızın zorla ailə qurmağa təhrik edən səbəblərin olmasından danışa bilmərik. Hadisədə özünü öldürmə həddinə çatdırma və ya məişət zorakılığı kimi səbəblər də ola bilər. Ona görə də məhkəmə və prokurorluğun ilkin rəyini bilmədən komitə olaraq konkret hər hansı söz deyə bilmərik".

Qeyd edək ki, dünən Zaqatalanın Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.

İddiaya görə, intiharın səbəbi 17 yaşlı qızın istəmədiyi şəxslə evdirilməyə məcbur edilməsi olub.