"KARVAN-L" şirkətlər qrupunun İcraçı Direktoru Rəfa Qafarova Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib (FOTO)


Digərləri 01 Avq 2019 14:22:00 403 0

"KARVAN-L" şirkətlər qrupunun İcraçı Direktoru Rəfa Qafarova Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib (FOTO)

TDTSP-in İstanbulda keçirilən 1-ci Baş Assambleyasında Rəna Qafarova daxil olmaqla, Azərbaycandan 5 üzv seçilmişdir.

Bakı. Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan TDTSP-in İstanbulda keçirilən 1-ci Baş Assambleyasında Rəna Qafarova daxil olmaqla, Azərbaycandan 5 üzv seçilmişdir. Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən "KARVAN-L" MMC türkdilli ölkələrinin biznes mühiti və iqtisadiyyatının inkişafına töhvə verməyə çalışır. Ölkəmiz bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Vüqar Abbasov, Fərhad Qaraşov, Şahmar Vəliyev və Rəna Qəfərovadan ibarət nümayəndə heyəti tərəfindən təmsil olunub. İlkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan vəTürkiyə təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir