"Azərbaycançılıq və müasir dövrün çağırışları" mövzusunda tədbir keçirilib


Digərləri 01 Avq 2019 13:47:00 245 0

"Azərbaycançılıq və müasir dövrün çağırışları" mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qaxda "Azərbaycançılıq və müasir dövrün çağırışları" mövzusunda tədbir keçirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə yerli QHT, media, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Səmədov çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında dövlət başçısının ölkənin hərtərəfli inkişafı istiqamətində apardığı siyasətdən, digər sahələrlə yanaşı vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət dəstəyi, bu istiqamətdə Şuranın gördüyü işlər və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin bölgə üzrə nümayəndəsi Qalib Nəbiyev regionda fəaliyyət göstərən QHT-lər, vətənpərvərliyin təbliği istiqamətində həyata keçirilən layihələr, yerlərdə QHT fəaliyyətinin əhəmiyyəti və dövlət qurumları ilə əməkdaşlıq məsələləri barədə məruzə ilə çıxış edib.


Xəbərə aid fotolar