Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı münasibətilə tövsiyələri açıqlanıb


Digərləri 01 Avq 2019 11:55:00 73 0

Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı münasibətilə tövsiyələri açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı münasibətilə tövsiyələri açıqlanıb

Bakı. Elçin Mehdiyev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qurban bayramı münasibətilə tövsiyələri açıqlanıb. QMİ-dən Trend-ə daxil olan tövsiyələrdə qeyd edilir ki, İslam dünyasının müqəddəs bayramlarından biri - “Eydül-Ədha” - Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramında müsəlman ümməti üçün böyük sevinc, fərəh, birlik və bərabərlik vardır: "Müsəlmanlar Qurban bayramında bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, valideynlərinə, yaxın qohumlarına baş çəkir, aztəminatlı ailələrə yardım edirlər. Bu, Həzrət İbrahimin gələcək nəsillər üçün örnək olan, Uca Yaradana bağlılığını sübut edən gözəl bir gün, İlahi fürsətdir. Qurban bayramı sevinc, təbrik və xatırlama günüdür. Hər bir imkanlı müsəlman üçün vacib buyurulan Həcc mərasiminin ən şərafətli məqamı olan, günahların Allah tərəfindən bağışlanmasını və Uca Yaradana şükr-sənanı təcəssüm etdirən mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir. Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə 12 avqust tarixinə təsadüf edir. Bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dindarlar adından, Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması, dövlətçiliyimizin tərəqqisi üçün dualar edirik. Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur". QMİ bildirib ki, qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billəhi vəllаhu əkbər” deyilməlidir:
Erməni qızının ÇILPAQ FOTOSUna türkiyəli müğənnidən like
  • 01 Avq 11:51  
Şou-biznes Erməni qızının ÇILPAQ FOTOSUna türkiyəli müğənnidən

Türkiyəli xanım sənətçi Demet Akalın erməni əsilli Kardaşyanın çı

arrow Ətraflı
İranda "Heris" İES istismara verildi like
  • 01 Avq 11:46  
Dünya İranda "Heris" İES istismara verildi

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda

arrow Ətraflı
Nazir: Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb like
  • 01 Avq 11:45  
Digərləri Nazir: Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb

Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən t

arrow Ətraflı
"Çukur"un aktyoru küçənin ortasında like
  • 01 Avq 11:40  
Digərləri "Çukur"un aktyoru küçənin ortasında

"Çukur" serialının baş rol aktyorlarından Necip Memili dünən a

arrow Ətraflı
İranda 3 narkotik qaçaqmalçısı öldürüldü like
  • 01 Avq 11:37  
Digərləri İranda 3 narkotik qaçaqmalçısı öldürüldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində ke

arrow Ətraflı
Dollar kreditlərinə görə əhaliyə kompensasiyaların verilməsi başa çatıb  Mərkəzi Bank like
  • 01 Avq 11:35  
Digərləri Dollar kreditlərinə görə əhaliyə kompensasiyaların verilməsi başa çatıb Mərkəzi Bank

Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin komp

arrow Ətraflı
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb like
  • 01 Avq 11:32  
Digərləri Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Son bir ayda Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 milyon

arrow Ətraflı
Bir neçə kənddə qaz təchizatı dayandırılacaq like
  • 01 Avq 11:29  
Digərləri Bir neçə kənddə qaz təchizatı dayandırılacaq

Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz tə

arrow Ətraflı
MN: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır like
  • 01 Avq 11:26  
Digərləri MN: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır

“Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmi

arrow Ətraflı
Nişanlısından ayrılan müğənni başqa kişi ilə görüntüləndi like
  • 01 Avq 11:24  
Digərləri Nişanlısından ayrılan müğənni başqa kişi ilə görüntüləndi

Hande Yenər toy hazırlığı gördüyü nişanlısı Ümit Cem Şenol ilə h

arrow Ətraflı
Azərbaycan 2 milyardlıq kreditdən imtina edib like
  • 01 Avq 11:15  
Digərləri Azərbaycan 2 milyardlıq kreditdən imtina edib

Azərbaycanın dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilm

arrow Ətraflı
Bakı Ali Neft Məktəbi əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edir like
  • 01 Avq 11:14  
Digərləri Bakı Ali Neft Məktəbi əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edir

Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Univers

arrow Ətraflı
Gənc musiqiçi Xəzərdə boğuldu  FOTO like
  • 01 Avq 11:13  
Digərləri Gənc musiqiçi Xəzərdə boğuldu FOTO

Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində bir nəfər də

arrow Ətraflı
AMB valyuta ehtiyatlarının idarə olunmasından 100 milyon dollardan çox gəlir əldə edib like
  • 01 Avq 11:10  
Digərləri AMB valyuta ehtiyatlarının idarə olunmasından 100 milyon dollardan çox gəlir əldə edib

Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. B

arrow Ətraflı
Azərbaycan 2 milyardlıq kreditdən imtina edib – SƏBƏB? like
  • 01 Avq 11:07  
Digərləri Azərbaycan 2 milyardlıq kreditdən imtina edib – SƏBƏB?

Azərbaycanın dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilm

arrow Ətraflı