“Mersedes” dəmir arakəsməyə çırpıldı VİDEO


Digərləri 01 Avq 2019 10:45:00 206 0

“Mersedes” dəmir arakəsməyə çırpıldı  VİDEO

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb.

90-XF-403 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən maşın 30-40 metr sürüşüb.

Qəza zamanı ölən və yaralananlarla bağlı məlumat verilmir.

Hadisə nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.