İranda "Heris" İES istismara verildi


Digərləri 01 Avq 2019 10:48:45 197 0

İranda "Heris" İES istismara verildi

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda Heris İstilik Elektrik Stansiyasının qazla çalışan hissəsi istismara verilib.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda "Heris" İstilik Elektrik Stansiyasının qazla çalışan hissəsi istismara verilib. Trend-in məlumatına görə, bunu İranın Energetika Nazirliyi bildirib. Məlumata görə, stansiyanın qazla çalışan hissəsi 310 meqavat, buxarla çalışan hissəsi isə 180 meqavatlıqdır. Energetika Nazirliyinin məlumatına görə, "Heris" İES-nə 239,8 milyon avro vəsait xərclənib. Onun 4,8 milyon avrosu və 21 trilyon rialı (təxminən 175 milyon dollar) özəl sektorun investisiyasıdır.