Minimum əmək haqlarının və pensiyaların artırılması ilə bağlı bütün hazırlıq işləri yekunlaşdırılıb


Digərləri 01 Avq 2019 09:49:00 320 0

Minimum əmək haqlarının və pensiyaların artırılması ilə bağlı bütün hazırlıq işləri yekunlaşdırılıb

2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Nazir bildirib ki, sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.

S.Babayevin sözlərinə görə, ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir:

"Bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir".