Falcon 9 Beynəlxalq Kosmik Stansiyaya göndərdi


Digərləri 01 Avq 2019 08:35:00 253 0

Falcon 9 Beynəlxalq Kosmik Stansiyaya göndərdi

SpaceX şirkətinin Falcon 9 raketi BKS-ə (Beynəlxalq Kosmik Stansiya) daxilində 2 tona yaxın müxtəlif təchizat ilə materialları birləşdirən Dragon kapsulunnu göndərdi. Dragon kapsulu daxilində yerləşdirilmiş ən qeyri adi yük isə bioloji 3D printer olub. Beləliklə SpaceX şirkəti 18-ci dəfə BKS-ə Dragon kapsulu vasitəsilə faydalı yükü daşıya bildi. Bu barədə Hightech.plus saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, Dragon kapsulu amerikalı astronavtların Ayın səthinə enmələri hadisəsinin ildönümündən 5 gün sonra göndərildi. Belə ki, kapsulun gövdəsi "Apollo 50th" yazısı ilə bəzədilmişdi. Bu kapsul artıq üçüncü dəfədir ki, BKS-ə yollanır. Kanaveral zonasından uçuş startı və Falcon 9 raketinin ilk pilləsinin geri qaytarılması mərhələsi uğurla nəticələnib.

Nəticədə Dragon kapsulu BKS-ə ümumi ağırlığı 2 ton olan yük daşıyacaq. Yükün ən vacib hissəsi isə mikroqravitasiya şəraitində müxtəlif təcrübələrin keçirilməsinə imkan verən təchizatlardır. Bioloji 3D printer Yer kürəsinin özündə yaradılması qəliz olan toxumaları Yer kürəsinin orbitində yaratmağa cəhd edəcək. Həmin toxumalara misal olaraq kiçik kappelyarlar şəbəkəsini gətirmək olar.