“Intel” şirkətinin simsiz modemlər bölməsi neçə milyard dollara satılıb?


Digərləri 01 Avq 2019 07:55:00 249 0

“Intel” şirkətinin simsiz modemlər bölməsi neçə milyard dollara satılıb?

"Apple" korporasiyası "Intel" şirkətinin smartfon, planşet və kompüterlərə mobil rabitə şəbəkələrinə qoşulmağa imkan verən simsiz modemlərin - komponentlərin hazırlanması üzrə bölməsini satın almasını rəsmən açıqlayıb. Bir milyard dollarlıq sazişin məqsədi bir neçə il ərzində "iPhone", "iPad" və digər qurğular üçün "5G" modemlərinin istehsalına başlamaqdır.

Son.az ICTnews-a istinadən bildirir ki,bu ilin dördüncü rübündə tamamlanması gözlənilən saziş "Intel" modem bölməsinin 2200 əməkdaşının işləmək üçün "Apple" şirkətinə keçməsini, eləcə də intellektual mülkiyyət, avadanlıq və icarə müqavilələrinin təhvil verilməsini nəzərdə tutur.

Məlumata görə, bir sıra yurisdiksiyada tənzimləyici orqanların razılığı tələb oluna bilər.

"Intel"dən alınan intellektual mülkiyyətlə yanaşı, "Apple" simsiz texnologiyalar sahəsində simsiz standartlar protokollarından tutmuş, modem arxitekturalarınadək 17000-dən çox patentə sahib çıxıb.