Xərçəng xəstəliyi yoxdur, ürək qarında yerləşir və... 90 yaşlı professordan SENSASİON MÜSAHİBƏ FOTO


Digərləri 31 İyl 2019 23:12:00 265 0

Xərçəng xəstəliyi yoxdur, ürək qarında yerləşir və...  90 yaşlı professordan SENSASİON MÜSAHİBƏ  FOTO

Ətraf mühitin çirklənməsi və digər mənfi amillərə baxmayaraq, məşhur professor İvan Neumıvakinin sistemini tətbiq etməklə, biz kosmonavtlar kimi sağlam ola bilərik. Maraqlıdır ki, bunun üçün böyük vəsait və hansısa bahalı dərmanlar lazım deyil. 70 illik həkim təcrübəsi olan professor iddia edir ki, əslində bir çox dərmanlardan imtina etməklə özümüzə yalnız kömək edəcəyik.

Sağlam həyat tərzi üzrə ustad, rəsmi təbabətin qatı opponenti - İvan Neumıvakin fəaliyyətə kiçik elmi işçi kimi başlayıb. Daha sonra Tibbi və Bioloji Problemlər İnstitutunun nəzdindəki Kosmik Uçuşlarda Tibbi Xidmət İnkişafı Şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı olan İvan Neumıvakinə sovet kosmonavtlarının sağlamlaşdırılması proqramının rəhbəri kimi bu işə ölkənin ən yaxşı həkim və alimlərini cəlb etmək imkanı verilib. Yerli həkimlərdən böyük təcrübə toplayan mütəxəssis zamanla öz ixtiralarını zənginləşdirib.

Sovet astronavtlarının müalicəsini araşdırarkən o, "Sağlam insan kimdir" sualına cavab tapmağa çalışıb. O, əmin idi ki, orqanizm - özünü nizamlayan sistemdir, hansı ki, ehtiyat gücləri 80% istənilən problemi aradan qaldırmağa malikdir. Rus kosmonavtları yarım əsrdən çoxdur ki, İvan Neumıvakinin yaratdığı unikal bərpa sistemi sayəsində sağlam qalır və xəstələnmir. Həkimin sözlərinə görə, kosmonavtlar üçün bu sistemi hazırlayarkən əvvəlcə sağlamlıq və xəstəlik arasındakı həddi və insanın xəstənlənmə səbəblərini müəyyənləşdirib. Daha sonra "Kosmosda rəsmi tibb vasitələrindən nəsə istifadə etmək olarmı?" sualına cavab tapmağa çalışıb. Nə məlum olub ki, olmaz.

Son.az 90 yaşına qədər elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olan məşhur professorun rus mətbuatına verdiyi sonuncu müsahibəsini təqdim edir:

- Sizi rəsmi tibdən ayıran cəhətlər hansılardır?

- Biz sizinlə enerji sistemini - canlı maşını təmsil edirik. Daxilimizdə "konveyer" var və ağız "parçalayıcı bir sistemdir". Biz yemək tikələrini iri-iri udmalı deyilik, yavaş-yavaş çeynəməli və praktiki olaraq onu üyüdərək maye halına gətirib "içməliyik". Bu zaman kompüter, yəni beyin çörəyi, sıyığı və ət tikəsini görür və mədəyə əmrlər verməyə başlayır. Ət tikəsi üçün daha çox konsentrasiya edilmiş, çörək taxıl üçünsə bir qədər az hidroklor turşusu lazımdır.

Kifayət qədər çeynənməmiş qidanın sadəcə səthi hidroklor turşusu ilə yaş olur və tikənin içinə nüfuz etmir. Ən dəhşətlisi odur ki, ət tikəsinin həzmi üçün kifayət qədər ayrılan hidroklor turşusu su ilə həll olunaraq turşu konsentrasiyasını azaldır. Nəticədə yemək həzm olunmur və yediyiniz hər şey, "şlaklara" - işlənməmiş metabolik məhsullara çevrilir.

Bu zaman biz sağlamlığımız üçün lazım olduğundan dörd-beş dəfə artıq yeməyə başlayırıq. Orqanizmdə toplanmış "artıq qidalar" isə gələcəkdə həkimlərin müalicə etməli olduğu xəstəliklərə çevrilir. Bu, indi baş verməsə də, bir gün mütləq baş verəcək.

- Siz daha az maye içməyi təklif edirsiniz?

- Baxır hansı maye. Məsələ ondadır ki, hüceyrələrə su yalnız təmiz halda keçir. Odur ki, gündə iki litr təmiz su içməlisiniz. Mineral su, üstəlik qazlı içkilər təhlükəli məhsullardır. Hüceyrələr onları təmizləməyə məcburdur. Qəhvə və çay qısa müddətli enerji sıçrayışı yaradır, amma bu, orqanizmdə su çatışmazlığını daha da ağırlaşdırır. Bu və buna bənzər içkilər işlənə bilmir.

"Çirkli" su hüceyrələrə daxil olaraq enerji yaratmaq yerinə, sonuncunun onu təmizləyə bilməsi üçün əlavə enerji xərcləməsinə səbəb olur. Çirk təmizlənir, amma bədənin su ehtiyatı ilə birlikdə enerji də tükənməyə başlayır.

Dolayısı ilə hüceyrələr şlaklarla dolur. Hipertoniya, ateroskleroz, aritmiya və bir çox xəstəliklər "natamam" maye qəbulunun nəticəsidir. Odur ki, xəstəliklərin yaranmasının başlıca səbəbləri aydındır.

- Xərçəng xəstəlikləri də?

- Hesab edirəm ki, belə xəstəliklər yoxdur.

- Necə yoxdur?

- Bədənin şlaklanlanması nəticəsində yaranan vəziyyətlər var. Hüceyrələr faktiki olaraq çirkli və oksigensiz mühitdə yaşamağa başlayır. Bu səbəbdən də hüceyrələr mutasiyaya uğrayaraq onkoloji xəstəliklərə çevrilir. Ümumiyyətlə, xərçəng hüceyrələri istənilən orqanizmdə var, sadəcə olaraq sağlam insanın immuniteti onlara müqavimət göstərir. Lakin fərd zəiflədiyi zaman bu hüceyrələr sürətlə çoxalmağa başlayır.

Prinsipcə, orqanizmin "yaxşı" və "pisi" tanıması üçün bu hüceyrələrə həmişə ehtiyacı var. Lakin yaxşı pisin yayılmasına imkan verməməlidir. Əgər stresslərin, səhv qidalanmanın hipertoniyanı provokasiya edilməsi və s. hesabına "yaxşı" hüceyrələri boğursunuzsa, onda onun yerini "şər" hüceyrələr tutacaq.

Biz üç həftə ərzində dərmanlarsınız və klizmasız daxili orqanları təmizləyən sağlamlaşdırma mərkəzi yaratmışıq. Xəstələrdə heç bir kardioloji mərkəzin müalicə edə bilmədiyi hipertoniya da yox olur. Biz orqanizmdən bütün "kiri" təmizləyirik.

- Hansı üsulla?

- Yarıac üsulun hesabına. Xüsusi bitki çayları qanı, böyrəkləri, qaraciyər və mədəaltı vəzi təmizləyir. Xüsusi sistem iki gün ac qalmağa və iki gün çayları içməyə icazə verir.

- Sizin mərkəz skleroz, parkinsonizm və digər müalicə olunmayan xəstəlikləri müvəffəqiyyətlə müalicə edir...

- Üç-altı aydan sonra yataq xəstələri artıq bazara alış-verişə gedir və sərbəst şəkildə özlərinə xidmət edirlər. Sirr sadədir: onlar əvvəlcə hüceyrələri inanılmaz dərəcədə ehtiyac duyduğu su ehtiyatı ilə təmin edir. Həkimlər suyun ən yaxşı elektrolit və enerji mənbəyi olmasına diqqət yetirmirlər. Su olmadan mitoxondriya işləmir, o, bir növ hüceyrələri enerjiylə təchiz edən su-elektrik stansiyalarıdır. Suyun çatışmazlığından əziyyət çəkən ilk orqan beyndir. Qəzəb, baş ağrısı, miqren, yorğunluq, məhsuldarlığın aşağı düşməsi buradan qaynaqlanır.

Rəsmən bəyan edirəm ki, xərçəng və QİÇS diaqnozu yoxdur. Bu xəstəliklər nəticə və vəziyyətlərdir, səbəb yox. Bir insan xərçəngin müvəqqəti vəziyyət olduğuna əmindirsə, ondan xilas ola bilər. Bunun üçün hər şeydən əvvəl səhvlərini, həyatda etdiyi pislikləri özünə etiraf etməli, günahlarından tövbə etməli və incitdiyi insanlardan əfv diləməlidir. Növbəti mərhələdə bütün diqqətinizi müalicə prosesinə cəmləmək lazımdır. Məhz bu yanaşma istənilən zərərli amillərə qalib gəlir.

- "Ürək sinədə yerləşmir" iddianız insanları təəccübləndirir...

- Ürək mayenin ötürülməsini həyata keçirən motordur, o, əsasən göbəyin altında yerləşir...

- Necə yəni?

- Bir yetişkin insanın boyu 150-180 santimetrdir. Ağırlığın təsiriylə maye aşağı düşür, ancaq onu altdan yuxarı qaldırmaq lazımdır. Bunu isə damarların yerləşdiyi əzələlər yerinə yetirir. Bunlar, əzələlərin sıxılması ilə qanı yuxarı doğru itələyən xüsusi nasoslardır.

İdmanla məşğul olmasanız, bədənin və ayaqların əzələlərini məşq etdirməsəniz, ateroskleroz, varikoz və trofik xəstəlikləri inkişaf etdirir...

Bunun fonunda bədəndə olan "kir" qanı qatılaşdırır. Və ürək bu qanı itələmək (qan dövranı) üçün daha çox səy göstərməli olur. Birinci, sol mədəciyin hipertrofiyası meydana gəlir, sonra müxtəlif aritmiyalar başlayır, daha sonra infarkt və ya insult baş verir. Ürəyin kifayət qədər gücü yoxdur ki, qan dövranın fəaliyyəti üçün lazım olan beş yüzdən çox əzələnin əvəzinə işləsin.

Odur ki, qan dövranının normal fəaliyyət göstərməsi üçün ürək qatılaşmış deyil, su ilə zənginləşdirilmiş qanla işləməlidir. Buna nail olmağı demək olar ki, heç kim insanlara öyrətmir.

Çox az adam bilir ki, yeməyə başlamazdan on-on beş dəqiqə əvvəl bir və ya iki stəkan su içmək lazımdır. Su mədənin kiçik qurtaracığından sərbəst şəkildə keçir və qələvinin yığıldığı on iki barmaq bağırsağında toplanır. Nəticə etibarilə, su mədədə turşu halına gəlmir, ancaq qələviləşir.


Xəbərə aid fotolar