"Bir dəfə Hollivudda" Kventin Tarantinonun ən uğurlu filmi olub


Digərləri 31 İyl 2019 19:45:00 226 0

"Bir dəfə Hollivudda" Kventin Tarantinonun ən uğurlu filmi olub

Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmi kassa yığımına görə rejissorun ən uğurlu filmi olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Variety" jurnalı yazıb.

Yazıda deyilir ki, Tarantinonun sayca 9-cu filmi prokatın ilk həftəsonunda 40 milyon dollar toplayıb. Filmdə Bred Pitt, Leonardo DiKaprio və Marqo Robbi kimi ulduz aktyorların çəkilməsi, habelə tənqidçilərin çoxsaylı müsbət rəyləri bu ekran əsərinin böyük müvəffəqiyyət qazanmasına kömək edib.