Yeni qlobal böhran:


Dünya 31 İyl 2019 18:50:00 77 0

Yeni qlobal böhran:

Mütəxəssislər yeni və uzunmüddətli iqtisadi böhran təhlükəsi barədə danışırlar. Müxtəlif "beyin mərkəzləri" və görkəmli ekspertlər bu prosesə təkan verən çox sayda səbəbləri göstərirlər. Onların analizləri göstərir ki, doğrudan da, müasir mərhələdə böhrana səbəb ola biləcək iqtisadi, ticari, maliyyə, siyasi və geosiyasi amillər mövcuddur. Hətta iqlim dəyişikliyinin belə dərin iqtisadi böhran yarada biləcəyi haqqında proqnozlar verilir. Bunlar küll halında dünya iqtisadiyyatında qeyri-müəyyənlik yaradır. Ekspertlər bu kontekstdə meydana gələn risklərdən bəhs edir, həmin sırada ABŞ və Çin iqtisadiyyatlarının inkişaf dinamikasının zəifləməsi və ya resessiyasını vurğulayır, onlarla bərabər, Avropa iqtisadiyyatında meydana çıxmaqda olan bir sıra riskli faktorları qeyd edirlər. Digər parametrlərdən də bəhs edilir. Bütün bunların fonunda qlobal iqtisadi böhran ehtimalı və onun mümkün geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.

Krizis təcrübələri: müasir mərhələnin riskli faktorları

Son.az newtimes.az-a istinadən xəbər verir ki, iqtisadçılar son zamanlar tez-tez həyəcan təbili çalırlar. Onlar növbəti dünya böhranının yaxın illərdə özünü göstərəcəyini proqnozlaşdırırlar. Konkret vaxt deyənlər də vardır. Daha çox 2020-ci və 2021-ci illər göstərilir. Bu cür bədbin proqnozlar üçün mütəxəssislər müxtəlif faktları sadalayırlar. Yeni böhranın bir neçə qaynağı ola bilər. Əsas olaraq isə ABŞ iqtisadiyyatında gözlənilən resessiya (inkişaf tempinin zəifləməsi və hətta ciddi surətdə tormozlanması) göstərilir. Bundan başqa, Çin iqtisadiyyatında müşahidə edilən artım tempinin zəifləməsinə işarə edilir.

Dünya iqtisadiyyatını böhrana sürükləyən faktorlar sırasında Avropa İttifaqının rolu da vurğulanır. Avropa iqtisadiyyatı həm ABŞ, həm də Çin tərəfdən mümkün neqativ təsirlər altında böhrana düşə bilər. Bu sırada ABŞ-la Çin arasında müşahidə edilən ticarət müharibəsi həlledici rol oynaya bilər. Eyni zamanda, Vaşinqtonun Meksika və sürətlə inkişaf edən digər dövlətlərlə ticarətə məhdudiyyət qoymaqla hədələməsi də dünya miqyasında iqtisadiyyata mənfi təsir göstərir. Artıq indidən bir sıra iqtisadi sistemlər "qorxu içindədirlər".

Maraqlıdır ki, bəzi ekspertlər qlobal iqtisadi böhranın yaranmasında iqlim dəyişikliyinin roluna ciddi əhəmiyyət verirlər. Məsələn, ABŞ-ın fyuçerslər üzrə ticarət komissiyasının üzvü Rostin Behnam hesab edir ki, iqlim faktoru qlobal iqtisadiyyata təsir göstərə bilər (bax: Экономисты разглядели приближение мирового кризиса / Взгляд.ру, 23 iyul 2019).

Göründüyü kimi, mütəxəssislər qlobal iqtisadi böhranın bir neçə mənbəyini qeyd edirlər. Bəs bu vəziyyəti yaradan konkret mexanizmlər hansılardır? İlk öncə, ekspertlər ABŞ iqtisadiyyatında müşahidə edilən trendlərə diqqət yetirirlər. Son 11 ildə Amerikada iqtisadiyyat fasiləsiz olaraq inkişaf edib. Bu, artıq bir dövrün başa çatması deməkdir. Yəni, hesab edilir ki, belə uzunmüddətli inkişaf mütləq əks proseslə - tənəzzüllə və ya yavaşıma ilə əvəz olunmalıdır.

Həmin kontekstdə ekspertlər bir faktı da önə çəkirlər. Son illərdə ilk dəfə olaraq Amerikanın dövlət səhmlərinin gəlirlərində ciddi fərqlər meydana gəlib. Uzunmüddətli səhmlərin gəlirləri qısamüddətli səhmlərin gəlirlərindən geridə qalıb. Məsələn, üçaylıq səhmlərin gəlirləri 10 illik səhmlərin gəlirlərindən 11 punkt irəlidədir!

Bu fərq nəticəsində qrafikdə dəyişiklik baş verib. Ona mütəxəssislər "qrafikin inversiyası" deyirlər. Yəni uzunmüddətli səhmlərin gəlirlərinin üstünlük təşkil etdiyi qrafikin əyrisi indi tərsinədir. Bu isə qlobal iqtisadi böhranın ilk əlamətlərindən biri sayılır. Çünki deyilənlər nadir hallarda baş verir və adətən, ondan 311 gün sonra Amerika iqtisadiyyatının zəifləməsi (müəyyən hallarda, tənəzzülü) başlayır (bax: əvvəlki mənbəyə). Lakin bəzi ekspertlər hesab edirlər ki, bu, heç də həmişə belə olmur. Bu səbəbdən invertə olunmuş qrafikin birmənalı resessiya yaradacağı ehtimalı yüksək qiymətləndirilmir.

Ancaq böhranla bağlı proqnozlar yalnız bu faktorla məhdudlaşmır. Bir çox ekspertlər Çin iqtisadiyyatında son illər baş verən prosesləri analiz edərək qlobal böhran üçün şəraitin yarandığından bəhs edirlər. Belə ki, Çin iqtisadiyyatı 2010-cu ildə 10,4 faiz artım göstərmişdisə, 2017-ci ilə bu rəqəm 6,8 faiz, 2018-ci ildə isə 6,6 faiz olub. 2019-cu ilin ikinci kvartalında isə birinci kvartaldakı 6,4 faizdən 6,2 faizə düşüb (bax: Китай пугает мир новым экономическим кризисом / Взгляд.ру, 15 iyul 2019). Deməli, fərq cüzidir, lakin bunun da qlobal iqtisadiyyata ciddi təsir edə biləcəyindən ehtiyatlanırlar. Çünki Çin faktiki olaraq dünya ölkələrinin böyük əksəriyyəti ilə sıx iqtisadi bağlantıdadır və Çinin iqtisadi sistemində yüngül dəyişikliyə belə başqa ölkələrin bazarları ağrılı reaksiya verə bilərlər.

Bu, geoiqtisadi baxımdan maraqlı bir mənzərəni ortaya qoyur. Belə çıxır ki, artıq dünya iqtisadiyyatı iki parametrdən - ABŞ və Çindən eyni dərəcədə asılıdır. Öncəki mərhələlərdə bu rolda ancaq Amerika çıxış edə bilirdisə, indi dünya iqtisadiyyatının "iki nizamlama parametri" vardır - Amerika və Çin. Belə bir vəziyyətdə qlobal iqtisadi sistemin dinamikasının necə dəyişəcəyi analiz edilməlidir. Praktiki olaraq isə hələlik təcrübə yoxdur. Bu o deməkdir ki, indiki iqtisadi vəziyyəti öncəki mərhələlərlə birbaşa müqayisə etmək elmi baxımdan bir qədər qüsurludur. Ancaq bu qənaəti də mütləq həqiqət kimi qəbul etmək risklidir.

Mümkün ssenarilər: fərqli ehtimallar prizmasından

Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib (FOTO) like
  • 31 İyl 18:47  
Digərləri Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib (FOTO)

Azərbaycanda qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli m

arrow Ətraflı
Bəxtiyarın hüzur evi  FOTO like
  • 31 İyl 18:46  
Digərləri Bəxtiyarın hüzur evi FOTO

Əslində, o evə bir neçə ay öncə getmişdim. Lakin o evi cümlələrə kö

arrow Ətraflı
"Namus iki ayaq arasında deyil" deyən müğənni like
  • 31 İyl 18:44  
Digərləri "Namus iki ayaq arasında deyil" deyən müğənni

Türkiyəli müğənni Tuğba Əkinci hamamda çəkdiyi fotosunu paylaşıb.

arrow Ətraflı
Azərbaycanda 14.997 milyon manat ziyanın ödətdirilməsi təmin olunub like
  • 31 İyl 18:39  
Digərləri Azərbaycanda 14.997 milyon manat ziyanın ödətdirilməsi təmin olunub

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə s

arrow Ətraflı
88 ölkədən Bakıya gələn Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercell like
  • 31 İyl 18:37  
Digərləri 88 ölkədən Bakıya gələn Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercell

Lider mobil operator Azərbaycanın ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnfor

arrow Ətraflı
Texniki Universitetinin yeni rektoru kimdir?  DOSYE like
  • 31 İyl 18:34  
Digərləri Texniki Universitetinin yeni rektoru kimdir? DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texniki Universitetinə

arrow Ətraflı
Qayda pozan sürücü yol polisini kapotun üstündə "sürüdü"  VİDEO like
  • 31 İyl 18:33  
Dünya Qayda pozan sürücü yol polisini kapotun üstündə "sürüdü" VİDEO

Yol polisi əməkdaşı işıqforun qırmızı işığından keçən sürücün

arrow Ətraflı
Musa Təranə Qumralı "qaçıran" kişini "güllələdi"  VİDEO like
  • 31 İyl 18:28  
Şou-biznes Musa Təranə Qumralı "qaçıran" kişini "güllələdi" VİDEO

Musa Musayevlə Təranə Qumralın sosial şəbəkədə yayılan videosu marağa

arrow Ətraflı
Daha bir dövlət universitetinə yeni rektor təyin edildi  FOTO like
  • 31 İyl 18:25  
Siyasət Daha bir dövlət universitetinə yeni rektor təyin edildi FOTO

Prezident İlham Əliyev Mingəçevir Dövlət Universitetinin rektoru təyin ed

arrow Ətraflı
Prezident İlham Əliyev yeni rektor təyin etdi  FOTO like
  • 31 İyl 18:23  
Siyasət Prezident İlham Əliyev yeni rektor təyin etdi FOTO

Prezident İlham Əliyev V.M.Vəliyevin Azərbaycan Texniki Universitetinin rekt

arrow Ətraflı
Məşhur müğənni plagiatda təqsirləndirilir like
  • 31 İyl 18:22  
Digərləri Məşhur müğənni plagiatda təqsirləndirilir

Amerika müğənnisi Keti Perri müəllif hüquqlarının pozulmasında təqsirl

arrow Ətraflı
Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək like
  • 31 İyl 18:19  
Digərləri Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

arrow Ətraflı
Bu il ölkədə cinayətlərin 82,4 faiz açılıb like
  • 31 İyl 18:17  
Kriminal Bu il ölkədə cinayətlərin 82,4 faiz açılıb

İstintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövl

arrow Ətraflı
Krit sahillərində 5 ballıq zəlzələ olub like
  • 31 İyl 18:11  
Dünya Krit sahillərində 5 ballıq zəlzələ olub

Krit adası yaxınlığında zəlzələ baş verib.

arrow Ətraflı