"Tək onun yanında rahatam"


Şou-biznes 31 İyl 2019 16:30:00 275 0

"Tək onun yanında rahatam"

Əməkdar artist Hüsniyə Mürvətova oğlu ilə fotolarını yayımlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa Türkiyədə təhsil alan övladı ilə istirahətə yollandığını vurğulayıb. Mürvətova yay tətilini bölgələri gəzərək keçirdiyini bildirib.

"Tək onun yanında rahat oluram. Ürəyim məndə olur. O, tək mənim balam yox, həm də dostumdur. Oğlum olduğu üçün demirəm, onun ürəyi kimi ürək yoxdur. O qədər insansevər, sülhsevərdir ki... Allah balamın ürəyinə görə versin. Mənim nəfəsim" deyə, aktrisa paylaşımına yazıb.


Xəbərə aid fotolar