Avtomobilin şüşəsinə elan qoyan şəxslər CƏRİMƏLƏNƏCƏKLƏR


Dünya 31 İyl 2019 15:46:00 229 0

Avtomobilin şüşəsinə elan qoyan şəxslər CƏRİMƏLƏNƏCƏKLƏR

İzmirin Qarşıyaxa rayonunda park edilmiş nəqliyyat vasitələrinin şüşələrinə elan, buklet və ya vizitka qoyan şəxslər cərimələnəcəklər.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, Qarşıyaxa Bələdiyyəsi sözügedən əməli törədən şəxsləri Qəbahətlər Qanununa görə 320 türk lirəsi (97 manat) məbləğində cəzalandıracaq.

Əgər həmin əməl yenidən təkrarlanarsa, cərimə 9 min 898 türk lirəsinə (3025 manat) yüksələcək.