Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşır


Digərləri 31 İyl 2019 15:30:00 206 0

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşır

Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur.

Son.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər:

"Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində hətta 5-10 faiz civarında qiymət azalması da müşahidə olunur. Kiçik mühərrik həcimli avtomobillərin qiymətində isə sabitlik müşahidə olunur.