Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşır


Digərləri 31 İyl 2019 15:05:00 232 0

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşır

Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur. Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər: “Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində hətta 5-10 faiz civarında qiymət azalması da müşahidə olunur. Kiçik mühərrik həcimli avtomobillərin qiymətində isə sabitlik müşahidə olunur.