Azərbaycan əhalisinin banklardakı əmanətləri 9 milyard manata yaxınlaşır


Digərləri 31 İyl 2019 14:43:14 217 0

Azərbaycan əhalisinin banklardakı əmanətləri 9 milyard manata yaxınlaşır

2019-cu ilin iyun ayında Azərbaycanda fiziki şəxslərin banklarda olan əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin iyun ayında Azərbaycanda fiziki şəxslərin banklarda olan əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin iyun ayı üzrə bank sektorunun icmal göstəricilərində bildirilib. Qeyd edilib ki, cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artıb.