Türkiyədə mədən çökdü - 2 nəfər dağıntılar altında qaldı


Digərləri 31 İyl 2019 14:34:00 171 0

Türkiyədə mədən çökdü - 2 nəfər dağıntılar altında qaldı

Türkiyənin şimalında Zonquldak vilayətində mədəndə faciə baş verib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin şimalında Zonquldak vilayətində mədəndə faciə baş verib. Trend-in məlumatına görə, kömür mədənində çökmə olub. Son məlumata görə, dağıntılar altında 2 mədənçi qalıb. Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub, mədənçilərin həyatlarının xilas edilməsi istiqamətində operativ iş aparılır.