Sarqsyanın Çexiyada Qonsales olan qardaşı oğlu ekstradisiya ediləcək


Dünya 31 İyl 2019 12:06:00 229 0

Sarqsyanın Çexiyada Qonsales olan qardaşı oğlu ekstradisiya ediləcək

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı gizləndiyi Çexiyadan ekstradisiya edə bilərlər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı S.Sarqsyanın keçmiş mühafizəçiləri arasındakı mənbələrə istinadən məlumat verir.

Məlumata əsasən, Çexiyada Franklin Qonsales adı ilə gizlənən N.Sarqsyan artıq bu ilin sentyabrında ekstradisiya oluna bilər.  

Xatırladaq ki, 2018-ci il iyunun sonunda polis S.Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın malikanəsində axtarış aparıb.