ITVnin efirində maraqlı anlar


Digərləri 31 İyl 2019 11:06:00 260 0

ITVnin efirində maraqlı anlar

Model Elizabet Houd bir neçə gün bundan əvvəl iti ilə evlənmək istədiyini söyləyərək dünya mediasının diqqətini çəkmişdi.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, o, Britaniyanın ITV kanalında yayımlanan "This Morning" (Bu səhər) verilişinin canlı yayımında arzusuna çatıb.

Elizabet Loqan adlı iti ilə canlı yayımda evlənib. Bəyaz libas geyinən model aparıcıların və digər qonaqların alqış sədaları altında itinə "ərə gedib".

O, hər kəsin gözü qarşısında itini öpüb, qucaqlayıb və onu hər gün gəzməyə çıxardacağını, yatağını paylaşacağına söz verib.


Xəbərə aid fotolar