Bəkarətini ərinə saxlayan 85 milyonluq sərvət sahibi Məşhur model haqqında bilinməyən FAKTLAR FOTO


Digərləri 31 İyl 2019 11:00:00 390 0

Bəkarətini ərinə saxlayan 85 milyonluq sərvət sahibi  Məşhur model haqqında bilinməyən FAKTLAR  FOTO

Cazibədar model Adriana Lima uzun illərdir ki, dünyanın ən gözəl qadınları siyahısında adını qoruyub saxlamağı bacarır.

Son.az ölkə.az-a istinadən son illərin ən məşhur modeli Adriana haqqında bilinməyən faktları təqdim edir.

Nelson Toris və Mariya del Qrasa cütlüyünün qızı olan Lima 1981- ci il 12 iyunda dünyaya gəlib. Onun ailəsi qatı dindar idi. Çox kasıb olan ailədə gündən-günə problemlər çoxalır. Buna görə də, model 6 aylıq olanda atası onları tərk edir. Limanı anası təkbaşına böyütməyə məcbur olur. 

Uşaqlıda çox utancaq olan qız heç vaxt şəkil çəkdirməyi sevməzdi. O, rəqs və idmanla maraqlanırdı.

Adriana 13 yaşı olanda zarafatla fotolarını modellik agentliyinə göndərir. Onun göndərdiyi təklifə tez bir zamanda cavab gəlir. Onlar Limanı çəkilişlərə dəvət edirlər. 

O, 15 yaşında "Supermodel of Brazil", 1 il sonra isə "Supermodel of the world" yarışmasını qazanır. Bundan sonra məşhur model təhsilini buraxaraq, model olmaq üçün Nyu-Yorka köçür. O gündən Lima karyerasının zirvələrinə dırmanmağa başlayır.

Əvvəlcə, o, bir firmanın simasına çevrilir. Sonra isə onu daha da məşhurlaşdıran, "Vicoriya secrets"in modeli olur.

İlk dəfə 1999-cu ildə podiuma çıxan model, uzun müddət siması olan məşhur firmadan keçən il "təqaüdə" çıxıb.