Ölkədəki bankların aktivləri 29 milyard manatı


Digərləri 31 İyl 2019 09:18:00 222 0

Ölkədəki bankların aktivləri 29 milyard manatı

30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 mln. manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 mln. manat təşkil edib.

Son.az-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin iyun ayı üzrə bank sektorunun icmal göstəricilərində bildirilib.

Sektorun balans kapitalı 4 milyard 599.6 mln. manat olub.

İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146.0 mln. manat təşkil edib.

2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artıb.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 mln. manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 mln. manat) artaraq 2 milyard 253.2 mln. manata çatıb.

Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 mln. manat) artaraq 4 milyard 599.6 mln. manata çatıb.