Cəlilabadda yaşayış binası yanıb


Digərləri 31 İyl 2019 00:58:00 280 0

Cəlilabadda yaşayış binası yanıb

Cəlilabad rayonunda yaşayış binası yanıb

Bakı. Cəlilabad rayonunda yaşayış binası yanıb. FHN-dən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb. Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.