Seksdən asılı olduğunuzu göstərən 7 əlamət –


Digərləri 30 İyl 2019 23:22:00 274 0

Seksdən asılı olduğunuzu göstərən 7 əlamət –

Seksdən asılılıq yaşdan, cinsdən, cəmiyyətdəki statusdan asılı olmayaraq, bir çox insanların üzləşə biləcəyi problemdir. Daimi, bir insanla əlaqədə, intim münasibətdə istədiyi kimi tam açıla bilməyənlər illərlə partnyorları dəyişə-dəyişə vurnuxur, tək olanda isə qəzəblənir, özünü dünyanın ən bədbəxt insanı hesab edib, ətrafa qarşı aqressiv davranır.

Son.az medicina.az-a istinadən seksdən xəstəlik həddində asılı olan insanların 7 əlamətini təqdim edir. Əgər bu əlamətlərdən 3-4-ü sizdə varsa, o zaman xəstə olduğunuzu anlayıb, mütəxəssisə müraciət etməlisiz.

1. Təsadüfi tanışlıq, səbəbsiz ünsiyyət, qarışıq əlaqələr

Əgər siz ay ərzində təsadüfi tanışlıqlara meyl edib, elə hər xoşunuza gələnlə, hətta gəlməyənlə flitr edib, ünsiyyət və əlaqə yaratmaq istədiyinizin səbəbini bilmirsizsə, mən bu adamdan nə istəyirən sualına cavab tapmırsızsa, deməli, siz o insandan yalnız bir şey istəyirsiz: yataq və seks. Hətta yoldan keçən bir bəy, xanıma belə iştahın oyanması və onunla tanışlığı xəyal etmək, 1 gün sonra dünən bu fikirdə olduğunuzu unutmaq, sizi bədəninizin və ya seks asılılğı xəstəliyinin idarə etdiyini göstərir.

2. Bir insanla 2 dəfədən artıq intim münasibətdə ola bilmirsiz.

Əgər aylardır tanıdığınız biri ilə məqsədinizə çatıb, intim əlaqədə olduqdan 1-2 həftə sonra ona qarşı marağınız ölürsə, uzaqlaşmağa bəhanə gəzirsizsə və növbəti macəraya atılırsızsa, siz zavallı xəstəsiz.

3.  Qarşısı alınmaz və saysız-hesabsız masturbasiya

Özünüzün intim tələbatınızı özünüzün ödəməyiniz halı gündə 5-12 dəfə baş verirsə, bu vəziyyət günün günorta çağı işdə, işgüzar görüşdə və ya hətta yemək yeyərkən yaranırsa, bu vəziyyəti idarə edə bilmirsizsə, sizə təxirəsalınmaz müalicə lazımdır. Əks təqdirdə real partnyordan həzz ala bilməyəcəksiz

4. Seks dərman və ya narkotik effekti verir

Əsəbi olanda, ac olanda, dincəlmək istəyəndə, nədənsə həzz almaq istəyəndə, kədərli və ya sevincli vaxtınızda sizi yalnız seks sakitləşdirir. eyforiya hissi verir. Qeyd edək ki, narkotik, alkoqol və seks asılılığı və inkişafı eyni ssenari üzrə gedir.

5.Tənhalıqdan qorxursuz, təkbaşına qalmaq sizi yorur