4K ekran göstəricili televizorlar gülməli qiymətə təklif ediləcək


Digərləri 30 İyl 2019 22:55:00 279 0

4K ekran göstəricili televizorlar gülməli qiymətə təklif ediləcək

Ekran diaqonalları müvafiq olaraq 70 və 40 düym olacaq.

"Xiaomi"nin vitse-prezidenti və "Redmi"nin marka rəhbəri Lu Veybing (Lu Weibing) bir neçə gün əvvəl "Weibo" sosial şəbəkəsindəki səhifəsində, "Redmi" televizorlarının yaxın gələcəkdə bazarda görünəcəyinə açıq şəkildə işarə etmişdi.

Son.az ted.az-a istinadən bildirir ki, indi informasiyalı məlumatçılar istehsala ən azı L70M5-RA və L40M5-FA nömrələri ilə iki modelin hazırlandığını bildiriblər. Rəqəmlərə görə, müvafiq olaraq ekranlar diaqonal sırasıyla 70 və 40 düym olacaq.

Insayder hər iki modelin 4K (3840 x 2160 piksel) ekran göstəricisi panelləri ilə təchiz ediləcəyini və onların qiymətinin çox aşağı olacağını təsdiqləyir. "Redmi" televizorlarına bazarda heç bir rəqib olmayacaq.