6 saatdan az yatmayın! Sağlamlığınızı itirə bilərsiniz!


Digərləri 30 İyl 2019 21:12:00 234 0

6 saatdan az yatmayın! Sağlamlığınızı itirə bilərsiniz!

Həkimlərin və somnoloqların (yuxu üzrə mütəxəssislər) araşdırmalarına görə, gecə 6 saatdan az yuxunun olması orqanizm üçün çox ziyanlıdır və müxtəlif xəstəliklərin inkişafına yol açır.

- Yuxu zamanı bizim orqanizmdə bərpa prosesləri sürətlə gedir - orqanizm yenilənir, cavanlaşır. Beləliklə, yuxunun az olması daha sürətli qocalmasına gətirib çıxardır. İlk növbədə bu özünü dərinin daha tez qocalmasında, solğun, quru olmasında, qırışların əmələ gəlməsində büruzə verir.

- Yuxunun 6 saatdan az olması insult kimi ağır pozulmanın riskini xeyli artırır.

- Yuxu zamanı ürək-damar sistemi də dincəlir və bərpa olunur, ürəyə düşən gərginlik azalır. Bu fasiləsiz işləyən ürək üçün olduqca vacibdir. Yuxunun az olması ürək-damar sisteminə çox mənfi təsir edir, ürək xəstəliklərinin riskini artırır.

- Yuxunun az olması piylənmənin riskini 30% artırır. Bunun səbəbi az yatan insanların orqanizmində aclıq və toxluq hormonların arasında tarazlığın pozulmasıdır. Məhz bu səbəbdən arıqlamaq istəyən insanlara həkimlər 7-8 saatdan az olmayaraq yatmağı  tövsiyə edir.

- Sübut olunub ki, yuxunun az olması orqanizmin insulinə olan həssaslığını azaldır və nəticədə 2 tip şəkərli diabet xəstəliyinin riskini artırır.

- Gecə 6 saatdan az yatan insanların immun sistemi zəifləyir və nəticədə belə insanlar soyuqdəymə və virus xəstəliklərinə daha tez-tez tutulur.