Çinli alimlər insan dizi hesabına işləyən enerji doldurma cihazı icad ediblər


Digərləri 30 İyl 2019 20:55:00 257 0

Çinli alimlər insan dizi hesabına işləyən enerji doldurma cihazı icad ediblər

Çinin Honkonq Universitetinin mütəxəssisləri insan dizindən işləyən unikal enerji doldurma cihazı icad ediblər. Bu haqda ətraflı məlumat "American Institute of Physics" jurnalının səhifəsində dərc olunub.

Son.az ted.az-a istinadən bildirir ki, qeyri-adi qurğunun çəkisi cəmi 307 qramdır, onu saatda 2-6 kilometr sürətlə hərəkət edən insanlar üzərində sınaqdan keçiriblər. Bu enerji doldurma cihazı insanın dizinə bərkidilir və hərəkət zamanı 1,6 mikrovatta yaxın enerji yaranır. Bu isə sağlamlıq vəziyyətini izləyən hər hansı kiçik aparatların qidalanması üçün kifayətdir.

Cihazın əsasını hərəkət vaxtı elektrik enerjisi istehsal edən mikrolif təşkil edir. Test göstərib ki, cihaz doldurulması üçün insandan heç bir əlavə səy tələb olunmur.

Bu cür yükləmə qurğusunun yaradılması, avtonom qidalanmaya malik yeni portativ modellərin meydana gəlməsi üçün stimulyator ola bilər. Bu qurğu, xüsusilə piyada turizmi və alpinizm həvəskarlarına faydalı olacaq.