“Nike” məşhur cizgi filminin şərəfinə yeni kolleksiya buraxdı FOTO


Digərləri 30 İyl 2019 20:50:00 214 0

“Nike” məşhur cizgi filminin şərəfinə yeni kolleksiya buraxdı  FOTO

İdman geyimləri və ayaqqabılarının istehsalçısı "Nike" və basketbolçu Kayri İrvinq firmanın krassovkalarının yeni kolleksiyasını təqdim edib.

Son.az facemark.az-a istinadən bildirir ki, yeni kolleksiya "Süngər Bob Kvadrat Şalvar" cizgi filminə həsr edilib. Bu haqda serialın rəsmi "Instagram" səhifəsi üzərindən bildirilib.

Yeni kolleksiyada beş model var. Bu isə cizgi filmində yer alan personajların şərəfinə görədir. (Süngər Bob, Patrik, Skvidvard, Mister Krabs və sincab Sendi)

Hər bir krassovkanın dizaynında bu qəhrəmanlardan ilham alıb. Hətta yeni kolleksiyada olan bəzi krassovkalarda "Nike" firma işarəsinin forması dəyişdirilib.


Xəbərə aid fotolar