ABŞ bu döş implantlarını geri çağırır – Süd vəzi böyüdən


Digərləri 30 İyl 2019 20:26:00 411 0

ABŞ bu döş implantlarını geri çağırır – Süd vəzi böyüdən

ABŞ Allergan şirkətinə məxsus döş silikon implantlarını geri çağırır.

Son.az medicina.az-a istinadən bildirir ki, FDA artıq 481 nəfərdə bu implantın qoyulmasından sonra və təsirindən ağır formalı limfoma xərçəngi yaranması faktını aşkarlayıb Bu xəstələrdən 33-ü artıq ölüb.

FDA nümayəndəsi Binita Aşar bildirir ki, dünyada yüz minlərlə qadında bu implantlar var.

Aparılan araşdırmalar Allergan silikonları ilə həmin əməliyyatı keçirmiş qadınlarda xərçəngin əlaqəsini sübut edib. Biz əhalini təhlükə barədə xəbərdar edib, bu marka implantdan istifadə etməməyə, eləcə də artıq bu silikonlarla süd vəzi böyüdən qadınlara döş xərçəngindən qorunmaq üçün müayinələrə çağırırıq. Artıq dünyada satışda olan implantlar geri çağırılır.