Hindistanda iki avtobus toqquşdu:


Dünya 30 İyl 2019 19:57:00 229 0

Hindistanda iki avtobus toqquşdu:

Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, qəza Çhattisqarh ştatında qeydə alınıb. İki avtobusun toqquşması nəticəsində azı iki nəfərin həlak olduğu bildirilir.

Daha 33 nəfər xəsarət alıb. Onlardan 7 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Həlak olanlardan biri avtobusun sürücüsü, digəri isə sərnişin olub.