Lalə Məmmədova xalq artisti ilə barışıb?


Şou-biznes 30 İyl 2019 17:50:00 253 0

Lalə Məmmədova xalq artisti ilə barışıb?

Əməkdar artist Lalə Məmmədovanın "Youtube" üçün yeni layihə hazırladığı haqda xəbər vermişdik.

Son.az xəbər verir ki, konsert layihəsində müğənni 1990-cı illərin mahnılarını səsləndirəcək. Artıq çəkilişlərə başlayan Məmmədova stilist Elnur Həsənovla çalışıb. Elnur həm layihənin rəhbəridir, həm də lalənin stili üzərində işləyib.

Maraqlısı isə odur ki, L.Məmmədova illərdir küsülü olduğu Xalq artisti Brilliant Dadaşovanın da repertuarına müraciət edib. Bu isə ifaçıların barışması ilə bağlı söz-söhbətlərin yayılmasına səbəb olub./axşam.az