II Yelizavetanın Moskvada 4 mənzilinin olduğu üzə çıxdı


Dünya 30 İyl 2019 17:56:00 202 0

II Yelizavetanın Moskvada 4 mənzilinin olduğu üzə çıxdı

Böyük Britaniyanın kraliçası II Yelizavetanın Moskvanın mərkəzində elit daşınmaz əmlaklara sahib olduğu məlum olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kraliçanın  Rusiya paytaxtında ən bahalı yaşayış komplekslərinin yerləşdiyi "Zolotoya Milya" rayonunda 4 mənzili var. Bunlardan üçü 2002-ci ildə "ПКФ Фронт" şirkətindən, biri isə 2003-cü ildə biznmesmen Andrey Roketskovdan satın alınıb.

II Yelizavetanın mənzilləri binanın birinci, ikinci və dördüncü mərtəbələrində yerləşir. Hər bir mənzilin ümumi sahəsi 839 kvadratmetr, ümumi kadastr dəyəri isə 540 milyon rubl (14 milyon 472 min AZN) təşkil edir.

Kanada səfirliyindən bildirilib ki, əmlak rəsmi olaraq dövlət başçısı olduğuna görə Yelizavetanın adına qeydiyyatdadır:

"Bu mənzil Kanada hökumətinə məxsusdur. Kanada konstitusional monarxiyadır və dövlət başçısı isə kraliça II Yelizavetadır. Bu səbəbdən mənzilin Kanada Kraliçasına məxsus olduğunu bəyan edirik".