Rusiyada dəhşətli hadisə:


Dünya 30 İyl 2019 16:56:00 280 0

Rusiyada dəhşətli hadisə:

Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb. 

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb.

Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü həmvətənlərimizdir. Onlardan biri istixananın sabiq rəhbəridir. 

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub.