Azərbaycanda reklam fəaliyyətindən əldə olunan gəlir azalıb


Digərləri 30 İyl 2019 16:05:00 275 0

Azərbaycanda reklam fəaliyyətindən əldə olunan gəlir azalıb

Azərbaycanda son 6 il ərzində reklam fəaliyyətindən əldə olunan gəlir azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə Azərbaycanda reklam fəaliyyətindən 51 111 200 manat gəlir əldə edilib.

Bu vəsait 2016-cı il (43 424 900 manat) və 2017-ci illə (44 336 300 manat) müqayisədə çox olsa da, 2013-cü illə müqayisədə azdır.

2013-cü ildə Azərbaycanda reklam fəaliyyətindən 57 085 700 manat gəlir əldə edilib.

2014-cü ildə isə ölkədə reklam fəaliyyətindən 67 311 400 manat gəlir götürülüb ki, bu da son 6 il üzrə ən yüksək göstəricidir.

Ötən il reklam fəaliyyətindən əldə olunan gəlirin çox hissəsi reklamın yayımlanmasının payına düşüb. Keçən il ərzində reklamın yayımlanmasından 20 264 200 manat gəlir götürülüb.