AİB Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq


Digərləri 30 İyl 2019 14:43:00 216 0

AİB Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq.

Son.az xəbər verir ki, Trend bu barədə bankın Azərbaycan üzrə üçillik biznes planına istinadən məlumat verir.

Plana əsasən, AİB makroiqtisadi dayanıqlığın təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının inkişafı layihələri üçün kredit ayıracaq.

Hesabat dövründə bank, həmçinin Azərbaycana 5,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.