"Allah da sizin ruzinizi kəsər, inşallah"


Şou-biznes 30 İyl 2019 09:40:00 332 0

"Allah da sizin ruzinizi kəsər, inşallah"

Xanəndə Səbinə Ərəbli haqqında şayiə yayanlara səslənib

Xanəndə Səbinə Ərəbli haqqında şayiə yayanlara səslənib.

Son.az ölkə.az-a istinadən bildirir ki, muğam ifaçısı həyat yoldaşıyla fotosunu paylaşıb və barəsində xoşagəlməz fikirlər səsləndirənləri sərt tənqid edib:

"İlk öncə böyüklərdən üzr istəyirəm. Deməli, mənim həyatım bəzilərini narahat edir deyəsən. Ataların gözəl sözü var:pişiyin əli ətə çatmayanda, iy verir, deyər. Görürlər ki, heç nə ilə məni yıxa bilməyəcəklər, adıma ləkə yaxırlar. Amma bilmirlər ki, yerin də qulağı var, hər şey qulağıma çatır".

S.Ərəbli qeyd edib ki, bəzi həmkarları hətta onun çörəyinə də bais olurlar:

"Səbinə ailə qurub, azdan-çoxdan tanınır. Niyə gözünü götürmür ki? Niyə üzdə olub ailə kimi görünüb, amma əslində, ailə olmayanlar haqqında danışmırsınız ki?