Google, Chromela bağlı tədbirlər görür


Digərləri 30 İyl 2019 08:46:00 246 0

Google, Chromela bağlı tədbirlər görür

''Google" artıq sayda istifadəçi verilənlərini toplayan "Chrome Web Store"-dan genişlənmələri silməyə başlayacaq.

Son.az chip.az-a istinadən bildirir ki, şirkət tərtibatçılardan öz genişlənmələrinin konfidensiallıq siyasətini dəyişdirmələrini tələb edib. Yeni qaydalara görə onlar genişlənmələrin işləməsi üçün lazım olan ən minimal verilənlər sayına giriş istəməlidirlər.

Tərtibatçılar artıq istifadəçilərin hansı məlumatları yığdığı, onları necə saxladıqları və istifadə etdikləri barədə məlumatı dərc etməli olacaqlar. "Google" həmçinin hansı məlumatların üçüncü tərəflərə ötürülməsi qadağan olunduğunu qeyd edib:

•    Login və şifrələr; •    Ödənişlərin həyata keçirilməsi üçün məlumatlar; •    (Targetinq reklamları üçün toplanan) şəbəkədə fəallıq barədə verilənlər.

İstifadəçi verilənlərinin emalı siyasətindəki dəyişiliklər cari ilin oktyabrın 15-dən qüvvəyə minəcək.